• $
  • £

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirir

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirir
20.08.2026 00:00

İsveçrə Federal Şurası Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketində nəzərdə tutulan əlavə tədbirləri tətbiq etmək qərarına gəlib.Bu barədə Federal Şuranın yaydığı press-relizdə bildirilib.

Yeni məhdudiyyətlər avqustun 20-dən qüvvəyə minəcək və əsasən mayeləşdirilmiş təbii qaz (LNG), ticarət və maliyyə sektorlarını əhatə edəcək.

Qərara əsasən, Rusiyanın LNG tankerlərinə və buzqıran gəmilərinə, eləcə də LNG terminallarına xidmət göstərilməsinə qadağa tətbiq olunacaq. Rusiyaya tanker satışına qadağa da qüvvəyə minib. Üçüncü ölkələrə tanker satışı ilə bağlı müqavilələrdə onların Rusiyaya yenidən satılmasını qadağan edən müddəa yer almalıdır.

Ticarət sahəsində İsveçrə sanksiyalardan yayınmanın qarşısını almaq məqsədilə yeni tədbirlər tətbiq edəcək.

Bundan əlavə, Rusiya ərazisində fəaliyyət göstərən kriptoaktiv platformalarından onların köçürülməsi və mübadiləsi üçün istifadə qadağan ediləcək. Rusiya kriptovalyutalarının, o cümlədən rəqəmsal rublun inkişafına dəstək göstərilməsi də məhdudlaşdırılacaq.

Federal Şura İsveçrə şirkətlərinin Rusiyada əqli mülkiyyət hüquqlarının qorunması və onların xarici məhkəmə qərarları ilə bağlı mümkün iddialardan müdafiəsi üçün əlavə tədbirlər də müəyyən edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ qüvvələri Xarq adası yaxınlığında İran tankerini vurub
Dünya 23:39
ABŞ qüvvələri Xarq adası yaxınlığında İran tankerini vurub
Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir
Dünya 21:45
Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
Dünya 19:54
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq
Putin və Tramp Ukraynadakı vəziyyəti müzakirə edib
Dünya 18:50
Putin və Tramp Ukraynadakı vəziyyəti müzakirə edib
Yer kürəsində ilk payız maqnit fırtınası başlayıb
Dünya 16:54
Yer kürəsində ilk payız maqnit fırtınası başlayıb

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır
Dünya 13:19
Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır

İranda benzinin qiyməti ikiqat bahalaşıb
Dünya 10:07
İranda benzinin qiyməti ikiqat bahalaşıb
İrlandiyada vətəndaşlıq almaq qaydaları sərtləşdirilir
Dünya 22:49
İrlandiyada vətəndaşlıq almaq qaydaları sərtləşdirilir
“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada saxlanılıb
Dünya 22:01
“Formula 1”in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol