Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Türkiyənin Aydın vilayətinin Didim rayonunda 25 qanunsuz miqrant saxlanılıb.Bu barədə DHA xəbər verir.
Bildirilib ki, polis qanunsuz miqrasiya və insan alverinə qarşı əməliyyat keçirib.Əməliyyat çərçivəsində qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan 3-ü həbs edilib, biri isə sərbəst buraxılıb.
Miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.