• $
  • £

KMBİ maliyyə təşkilatlarının adından saxta kredit səhifələri yaradan şəxsi saxlayıb

KMBİ maliyyə təşkilatlarının adından saxta kredit səhifələri yaradan şəxsi saxlayıb
21.08.2026 14:07

 

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) maliyyə təşkilatlarının adından saxta kredit səhifələri yaradaraq vətəndaşların bank məlumatlarını ələ keçirən şəxsi saxlayıb.

DİN-dən verilən məlumata görə, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, E.Cəfərov sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual olaraq oxşar saxta səhifələr yaradıb. O, daha çox şəxsi cəlb etmək məqsədilə həmin səhifələri sosial şəbəkələrdə və “WhatsApp” qruplarında reklam edib.

Saxta səhifələrə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP kodları tələb olunub.

İstintaq materiallarına əsasən, əldə edilən məlumatlardan istifadə etməklə vətəndaşların bank kartlarındakı vəsaitlər başqa şəxslərin hesablarına köçürülərək nağdlaşdırılıb.

Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb. E.Cəfərov cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

DİN vətəndaşlara sosial şəbəkələrdə yayılan kredit elanlarının doğruluğunu yoxlamağı, maliyyə xidmətlərindən istifadə etməzdən əvvəl müvafiq qurumun qanuni fəaliyyət göstərdiyinə əmin olmağı tövsiyə edib.

Nazirlik həmçinin xəbərdarlıq edib ki, bank kartlarının məlumatları, xüsusilə CVV/CVC və OTP kodları tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim edilməməlidir. Banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon, mesaj və ya sosial şəbəkələr vasitəsilə bu məlumatları tələb etmir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Cəmiyyət 19:40
Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Cəmiyyət 16:14
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:32
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol