Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı təltifolunma mərasimi keçirilib.
Mirziyoyev İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini təqdim edib.
İlham Əliyev isə Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini təqdim edib.