• $
  • £

İlham Əliyev Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

İlham Əliyev Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
24.08.2026 11:27

 

 Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini və Ukrayna xalqını ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı təbrik məktubunda İlham Əliyev Ukrayna-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

“Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir”, -  məktubda bildirilib.

İlham Əliyev iki ölkə arasında enerji sahəsində uzun illərdir davam edən əməkdaşlığı da xüsusi qeyd edib.

Prezident həmçinin Zelenskinin bu ilin aprelində Azərbaycana işgüzar səfərinin nəticələrini və onunla keçirdiyi görüşü yüksək qiymətləndirib.

“Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir”, - İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ali səviyyədə fəal dialoq ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı və investisiya sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

İlham Əliyev Azərbaycanın Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyini bildirib.

O, məktubunda Azərbaycan-Ukrayna dostluq əlaqələrinin xalqların mənafeləri naminə bundan sonra da gücləndiriləcəyinə əminliyini ifadə edib və Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:46
Prezidentin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:06
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Siyasət 19:30
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Siyasət 17:24
Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Prezident Famil Mustafayevlə bağlı sərəncam imzalayıb
Siyasət 16:02
Prezident Famil Mustafayevlə bağlı sərəncam imzalayıb
Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Siyasət 12:56
Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Siyasət 12:10
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Siyasət 11:46
Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
AİH şirkətlərinin satınalma prosedurları sadələşdirilə bilər
Siyasət 11:43
AİH şirkətlərinin satınalma prosedurları sadələşdirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol