• $
  • £

Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib
24.08.2026 18:05

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.

“Onların arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var. O, III dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik”, – səfir qeyd edib.

Hikmət Hacıyevin təltif edilməsi ilə bağlı fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Fərmana əsasən, Hacıyev və digər ölkələrin bir sıra rəsmi şəxsləri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə verdikləri mühüm şəxsi töhfəyə görə mükafatlandırılıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Siyasət 20:56
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib
Siyasət 19:10
Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib
Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
Siyasət 15:01
Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir
Siyasət 10:10
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir
Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Siyasət 21:54
Milix Yevdayevə "Vətənə xidmətə görə" ordeni təqdim edilib
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Siyasət 21:07
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Siyasət 20:10
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
Siyasət 18:50
Xarici diplomatlar Şuşanın Birinci yaşayış məhəlləsini ziyarət ediblər
BMTMM-nin sədrinə 3 müavin təyin edilib
Siyasət 17:40
BMTMM-nin sədrinə 3 müavin təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol