• $
  • €
  • ₽
  • ₺
  • £

Kölndə Azərbaycan mədəniyyət evinin açılışı olub

Kölndə Azərbaycan mədəniyyət evinin açılışı olub
29.05.2020 00:31

Dünən Almaniyanın Köln şəhərində Azərbaycan Mədəniyyət Evinin açılışı olub. Açılışda Almaniyada yaşayan yüzlərlə soydaşımızla bərabər bir sıra Azərbaycan və Türkiyə diasporalarının təmsilçiləri də iştirak ediblər. 

Bu barədə ANN.Az-a Almaniyada yaşayan həmvətənlərimiz xəbər veriblər.

Az-Qranata şirkətinin sponsorluğu ilə baş tutan tədbir saat 16.00-da Azərbaycan Mədəniyyət Evinin rəhbərliyinin və tədbirə gələnlərin iştirakı ilə qırmızı lentin kəsilməsi ilə başlanıb. 

Daha sonra tədbir Azərbaycan Mədəniyyət Evinin akt zalında davam etdirildi. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü yolunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açıq elan edən Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu (Quliyev) qonaqları salamlayaraq Mədəniyyət Evinin yaranma zərurəti, məqsədi və görüləcək işlərlə bağlı məlumat vermişdir. AZ-Qranata şirkətinin fəaliyyətimizə verdiyi dəstək hamı tərəfindən təqdirəlayiq hesab olunaraq xoş sözlər ifadə olunub. Daha sonra çıxış edən Mədəniyyət Evinin sədri Altay Rüstəmli, müavinlər Toğrul Əziz, Ağa Ağayev çıxış edərək siyasi proseslərdən uzaq olduqlarını, siyasi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Mədəniyyət Evinin fəaliyyətinə öz tövhələrini vermək istəyən, özünü azərbaycanlı sayan bütün soydaşlarımıza qapımızın açıq olduğunu bildirdib və gələcəkdə nəzərdə tutulmuş lahiyələrlə bağlı tədbir iştirakçılarına məlumat verdilər. Tədbirin rəsmi hissəsi Köln Konservatoriyasında təhsil alan azərbaycanlı tələbələrin musiqi nömrələri ilə sona çatdı. Qeyri rəsmi hissəsdə isə iştirakçılara Azərbaycan mətbəxinin ləziz şirniyyatları qonaqlara təqdim olundu. Bundan başqa tədbir iştirakçıların Az Qranat şirkətinin Azərbaycan istehsalı olan müxtəlif meyvələrdən hazırlanmış şirələri qonaq edilib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol