• $
  • £

İndoneziyada 1700-dən çox şəxs məktəbdə verilən pulsuz nahardan zəhərlənib

İndoneziyada 1700-dən çox şəxs məktəbdə verilən pulsuz nahardan zəhərlənib
03.09.2026 22:30

İndoneziyada son üç gündə hökumətin pulsuz məktəb yeməkləri proqramı çərçivəsində təqdim olunan qidadan 1 700-dən çox şagird və müəllim zəhərlənib.

Reuters xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları və təhsil müəssisələrinin nümayəndələri məlumat veriblər.

Məlumata görə, Mərkəzi Yava əyalətinin Lasem şəhərindəki tam orta məktəbdə pulsuz nahardan sonra 752 şagird və 25 müəllimdə qida zəhərlənməsi əlamətləri müşahidə olunub.

Həmin şəxslərin ishal və qusma şikayətləri ilə müraciət etdiyi, 15 şagird və müəllimin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bu həftə İndoneziyanın daha üç bölgəsində baş verən ayrı-ayrı insidentlərdə isə 950 nəfər qida zəhərlənməsindən əziyyət çəkib. Onlardan 664-ü Şərqi Yava əyalətinin Sidoarxo şəhərində, 49-u Nqancuk şəhərində, 237-si isə Qərbi Sumatranın Aqam bölgəsində qeydə alınıb.

İndoneziya parlamentinin deputatı Çarlz Honoris proqram çərçivəsində sentyabrın 1-dək təxminən 50 min qida zəhərlənməsi halının qeydə alındığını bildirib. O, hadisələri "sistemin uğursuzluğu" adlandırıb.

İndoneziya Prezidenti Prabovo Subianto on milyonlarla uşağın qidalanmasını yaxşılaşdırmaq məqsədilə ötən il 12,94 milyard dollar büdcəsi olan pulsuz qidalanma proqramına başlayıb.

Proqram ərzaqların düzgün saxlanılmaması və hazırlanmış yeməklərin gec çatdırılması səbəbindən baş verən kütləvi qida zəhərlənməsi halları ilə bağlı tənqid olunur. Proqramın icrası ilə bağlı korrupsiya iddiaları və rəhbərlikdə dəyişikliklər də narazılığa səbəb olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Dünya 23:21
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Dünya 21:33
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb

Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Dünya 16:36
Rusiya Aleksandrovka qəsəbəsini bombalayıb, 4 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol