• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən ay 22 klinika və 3 plastik cərrah inzibati məsuliyyətə cəlb olunub

Ötən ay 22 klinika və 3 plastik cərrah inzibati məsuliyyətə cəlb olunub
08.09.2026 15:38

 Ötən ay Azərbaycanda 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunub.

Yoxlamalar zamanı sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti göstərilməsi, lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərinin həyata keçirilməsi, yararlılıq müddəti bitmiş və ya dövlət qeydiyyatından keçməmiş dərman vasitələrindən istifadə, yoxlamaya maneçilik törədilməsi və lisenziyasız tibbi fəaliyyət kimi hallar aşkarlanıb.

Bundan əlavə, 2 ümumi cərrah və 1 üz-çənə cərrahının ixtisasına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları apardığı müəyyən edilib. AEM bu faktların İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə qiymətləndirildiyini və hər bir hal üzrə ayrıca protokol tərtib olunduğunu bildirib.

Mərkəzin məlumatına görə, aşkarlanan pozuntularla bağlı inzibati tədbirlər görülür və yoxlamaların nəticələri müvafiq icra strukturlarına təqdim edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Cəmiyyət 17:17
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:12
Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİ HAVA
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Cəmiyyət 10:10
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol