“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat və Mədəniyyət nazirlikləri, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti sənəddən irəli gələn məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir.
Qərarın Prezident İlham Əliyevin iyunun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanın icrası çərçivəsində qəbul edildiyi bildirilib.