• $
  • €
  • ₽
  • ₺
  • £

Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
09.09.2026 22:34

“Azərsun Holdinq” , “PASHA Real Estate” və “Dreamland Baku”nun dəstəyi ilə keçirilmiş “Azerbaijan Open 2026” qolf turnirinə yekun vurulub.  2016-cı ildən etibarən “Dreamland Golf Club” tərəfindən təşkil olunan və artıq ənənəyə çevrilən bu turnir ölkəmizdə olan qolfsevərlərlə yanaşı, xarici həvəskar qolfçuları da bir araya gətirib.


İki gün davam edən turnirdə yerli və xarici həvəskar qolfçular fərdi və komanda yarışlarında mübarizə aparıblar.


Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadə olub. İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Park, üçüncü yeri isə Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie tutublar.
Turnirin tərəfdaşları sırasında “Dreamland Golf Club”, Azərbaycan Qolf Federasiyası, “Khazar Fabrication”, “Shura Links”, “Paragraph, Zala Springs Golf Resort”, Dreamland Golf Hotel”, “IMG”, “Kaşıbeyaz Baku”, “Bazarstore”, “The National Azerbaijan Golf Club” və “Dream Body Athletic Club & Spa” yer alıb.


İldən-ilə əhatə dairəsini genişləndirən “Azerbaijan Open” turniri həvəskar qolfçuların beynəlxalq turnir təcrübəsi qazanmasına, Azərbaycanda qolfun təbliğinə, bu idman növünə marağın artırılmasına və ölkənin beynəlxalq qolf məkanı kimi tanıdılmasına mühüm töhfə verir.


Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəmiyyət 22:21
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol