• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə oxuyursan, tez ərə get - deputat bəzi müəllimləri tənqid etdi

Niyə oxuyursan, tez ərə get - deputat bəzi müəllimləri tənqid etdi
11.09.2026 16:09

Azərbaycanda bəzi müəllimlər qız şagirdlərə təhsillərini davam etdirmək əvəzinə erkən ailə qurmağı məsləhət görürlər. Bunu Milli Məclisin ailə,qadın və uşaq komitəsinin sədri deputat Hicran Hüseynova bildirib.

“Yaxşı fənn müəllimi ola bilər, amma qız uşağına ‘niyə bu qədər əziyyət çəkib oxuyursan, tez ailə qurmağı düşün’ deyə məsləhət verən müəllimlər də var. Təəssüf ki, onlar hələ formalaşmamış gənclərin düşüncəsinə təsir göstərməyə çalışırlar”, - Hüseynova deyib.

Onun sözlərinə görə, müəllimlərin yalnız peşə bilikləri deyil, psixoloji hazırlığı və şagirdlərə göstərə biləcəkləri təsir də qiymətləndirilməlidir.

Deputat 15-16 yaşlı qızlarını nişanlayan və ya ərə verməyə hazırlaşan valideynlərin qanunvericilik və daşıdıqları məsuliyyət barədə məlumatlandırılmasını vacib sayıb.

“15-16 yaşlı qızını məcburi şəkildə nişanlayan şəxs qanunu nə dərəcədə bilir? O, hansı məsuliyyəti daşıdığını anlayırmı? Regionlarda keçiriləcək görüş və maarifləndirmə tədbirlərində bu məsələlər izah olunmalıdır”, - o bildirib.

Hüseynova erkən nikahların qarşısının alınması üzrə tədbirlərə universitetlərin və dini icmaların nümayəndələrinin də cəlb olunmasını təklif edib.

“Uşaqların cinsindən asılı olmayaraq oxumalı, təhsil almalı və inkişaf etməli olduğunu təbliğ edən din xadimlərimiz var. Belə şəxsləri maarifləndirmə görüşlərinə dəvət etmək lazımdır”, - deputat əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Cəmiyyət 17:10
Azərbaycanda quş əti və yumurta istehsalı artıb
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 14:57
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Cəmiyyət 14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Bakıda keçirilən NATO təlimi başa çatıb
Cəmiyyət 13:43
Bakıda keçirilən NATO təlimi başa çatıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Cəmiyyət 12:15
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Cəmiyyət 11:00
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %- ə yaxın azalıb
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Cəmiyyət 19:41
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol