• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Universitetinə qəbul olunanların 60 faizdən çoxu qızlardır

Qarabağ Universitetinə qəbul olunanların 60 faizdən çoxu qızlardır
14.09.2026 15:27

 

 2026-2027-ci tədris ili üzrə Qarabağ Universitetinə qəbul olunan 1 235 tələbənin 60 faizdən çoxunu qızlar təşkil edir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu il universitetə 49 ixtisas üzrə 1 403 plan yerindən 1 235-i tutulub. Qəbul olunanların 603-ü 500 və daha yüksək bal toplayıb ki, bu da ötən illə müqayisədə 269 nəfər çoxdur.

600 və daha yüksək bal toplayan tələbələrin sayı 196 nəfər olub. Bu göstərici 2025–2026-cı tədris ili ilə müqayisədə təxminən 1,5 dəfə, 2024–2025-ci tədris ili ilə müqayisədə isə təxminən iki dəfə çoxdur.

Keçid balı 500-dən yüksək olan ixtisasların sayı 13-dür. Ən yüksək keçid balı Tibb ixtisasında 634,2, Stomatologiyada 624,3, Hüquqşünaslıq ixtisasında isə 600,8 və 600,1 olub.

Qarabağ Universiteti Xankəndidə fəaliyyət göstərir və azad edilmiş ərazilərdə ali təhsil infrastrukturunun formalaşdırılması çərçivəsində yaradılıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol