• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib

Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
15.09.2026 10:03

 

 Azərbaycan Mərkəzi Bankı və Asiya İnkişaf Bankı (ADB) ölkədə “yaşıl maliyyə”nin və kapital bazarlarının inkişafı imkanlarını müzakirə edib.

Mərkəzi Bankın məlumatına görə, qurumun sədrinin birinci müavini Əliyar Məmmədyarov ADB-nin Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın makroiqtisadi vəziyyəti, maliyyə sektorunda aparılan islahatlar və “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasına ADB-nin dəstək imkanları nəzərdən keçirilib.

Tərəflər həmçinin “yaşıl maliyyə” və kapital bazarlarının inkişafı, ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri, əməkdaşlığın genişləndirilməsi və gələcək texniki yardım layihələri barədə fikir mübadiləsi aparıblar.

“Yaşıl maliyyə” ekoloji və iqlim məqsədlərinə töhfə verən layihələrin maliyyələşdirilməsini nəzərdə tutur və son illərdə maliyyə sektorunda inkişaf etdirilən əsas istiqamətlərdən biridir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Cəmiyyət 22:46
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Cəmiyyət 21:50
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Cəmiyyət 17:46
Sabah Culfanın 13 kəndində işıq olmayacaq
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Cəmiyyət 15:48
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:27
Sabahın hava proqnozu
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Cəmiyyət 12:00
Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, sürücü ölüb
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Cəmiyyət 10:36
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Cəmiyyət 08:50
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol