Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Bakıda 21 və 30 nömrəli marşrut avtobuslarının bəzi dayanacaq məntəqələrinin yeri dəyişdirilib.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişikliyə əsasən, sözügedən marşrutların dayanacaqları “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən Səməd Vurğun bağının qarşısına keçirilib.