• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq narkobaronlarla mübarizə aparmalıyıq - deputatdan təklif

Artıq narkobaronlarla mübarizə aparmalıyıq - deputatdan təklif
16.09.2026 16:22

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə narkokuryerlərin saxlanılması ilə məhdudlaşmamalı, cinayət şəbəkələrini idarə edən narkobaronların ifşasına yönəlməlidir. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

“Biz hələlik genofondumuzu sıradan çıxaran, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə narkokuryerlər səviyyəsində mübarizə aparırıq. Məncə, bir mərhələ yuxarı qalxmalı və narkobaronlarla mübarizə aparmalıyıq”, - Babaoğlu Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, narkotiklərin dronlar və digər vasitələrlə sərhəddən keçirilməsinin arxasında dayanan şəbəkələrin, o cümlədən onların ölkə daxilində mümkün əlaqələrinin müəyyənləşdirilməsi vacibdir.

Babaoğlu hüquq-mühafizə orqanlarının belə şəbəkələrə qarşı imkanlarının genişləndirilməsi üçün yeni qanunvericilik mexanizmlərinin hazırlanmasını təklif edib. O, bu mexanizmlərin məzmunu barədə ətraflı məlumat verməyib.
Deputat, həmçinin narkotiklərin daşınmasında istifadə edilən yük avtomobilləri və digər nəqliyyat vasitələrinin dövlətin xeyrinə müsadirəsini nəzərdə tutan ayrıca qanunun qəbul olunmasını təklif edib.

Onun fikrincə, nəqliyyat vasitəsinin itirilməsi riski həm sürücülər, həm də avtomobil sahibləri üçün əlavə çəkindirici tədbir ola bilər.

Babaoğlu narkotiklərin sərhəddən keçirilməsinin qarşısının alınmasına görə Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və digər aidiyyəti qurumlara təşəkkür edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol