• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlal Qasımov: “Executive MBA” proqramının nəticəsi daha keyfiyyətli qərarlar olmalıdır

Cəlal Qasımov: “Executive MBA” proqramının nəticəsi daha keyfiyyətli qərarlar olmalıdır
21.09.2026 09:56

“Executive MBA” proqramının əsas nəticəsi iştirakçıların yeni biliklər əldə etməsi ilə yanaşı, onların düşüncə və qərarvermə yanaşmalarının dəyişməsi olmalıdır. Bunu “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında deyib.

Onun sözlərinə görə, güclü “Executive MBA” proqramı iştirakçıların təfəkkür tərzini, insanları və təşkilatları anlama baxışını, eləcə də natamam məlumat və kompromislər şəraitində qərarvermə keyfiyyətini təkmilləşdirməlidir.

Qasımov bildirib ki, iştirakçılar artıq öz təcrübə, karyera və dünyagörüşlərini formalaşdırıblar və proqram çərçivəsində yeni bilik, beynəlxalq təcrübə və digər iştirakçıların təcrübəsi ilə əlavə kapital əldə edirlər.

“Bu kapitalın dəyəri yatırılan investisiyanın həcmindən deyil, onun daha yaxşı qərarlara, daha geniş perspektivə və başqalarının inkişafına necə çevrilməsindən asılıdır”, - deyə o bildirib.

O qeyd edib ki, belə bir transformasiya ciddi vaxt və enerji tələb edir. Bunun nəticəsi isə yalnız proqramın sonunda əldə ediləcək diplomda deyil, iştirakçıların lider kimi inkişafında və yaratdıqları dəyərdə özünü göstərməlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol