• $
  • €
  • ₽
  • ₺
  • £

“IE University” Azərbaycanla uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək istəyir

“IE University” Azərbaycanla uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək istəyir
21.09.2026 10:14

 

“IE University” Azərbaycanla təhsil, bilik və tərəfdaşlığa əsaslanan uzunmüddətli əməkdaşlığın inkişafında maraqlıdır.

Bunu “IE University”nin Korporativ Əlaqələr üzrə İcraçı sədri Villiam Davila ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında deyib.

O bildirib ki, “AZEMBA” proqramının başlaması universitetlə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur.

“Bu, “IE” ilə Azərbaycan, qlobal biliklə yerli bilik, akademiya ilə biznes və ən əsası, insanlar arasındakı tərəfdaşlığın başlanğıcıdır”, - deyə V.Davila bildirib.

Onun sözlərinə görə, universitet Azərbaycanı “IE”nin qlobal şəbəkəsi ilə daha sıx əlaqələndirməyi, yerli təşkilatların prioritet və çağırışlarını öyrənməyi, istedadların inkişafına və bilik mübadiləsinə töhfə verməyi hədəfləyir.

Davila qeyd edib ki, süni intellekt, texnoloji və geosiyasi dəyişikliklər fonunda liderlər üçün düzgün suallar vermək, müxtəlif perspektivləri birləşdirmək və qeyri-müəyyənlik şəraitində qərar qəbul etmək bacarıqları daha vacib olur.

O, “PAŞA Holding”, SOCAR və digər tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb və “IE University”nin yalnız Azərbaycana bilik gətirməyəcəyini, eyni zamanda ölkənin təcrübəsindən öyrənəcəyini bildirib.

“Biz buraya sadəcə dərs deməyə gəlməmişik, biz də öyrənməyə gəlmişik”, - deyə V.Davila əlavə edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol