• $
  • €
  • ₽
  • ₺
  • £

“AZEMBA” proqramı Azərbaycanın transformasiya ehtiyaclarına uyğun hazırlanıb - “IE Business School

“AZEMBA” proqramı Azərbaycanın transformasiya ehtiyaclarına uyğun hazırlanıb - “IE Business School
21.09.2026 10:25

”

“AZEMBA” proqramı Azərbaycanın transformasiya, liderlik və insan kapitalının inkişafı ilə bağlı ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Bunu “IE University”nin tərkibində “IE Business School”un vitse-dekanı Lusiya Eqia (Lusía Egea) ADA Universitetində “AZEMBA” proqramının açılışında deyib.

O bildirib ki, proqram “IE”, “PAŞA Holding” və SOCAR arasında liderlik, transformasiya və gələcəkdə təşkilatların ehtiyac duyacağı bacarıqlarla bağlı müzakirələrin nəticəsidir.

“Transformasiya məqamlarında liderlik xüsusilə böyük əhəmiyyət kəsb edir. Çünki transformasiya sadəcə texnologiya ilə bağlı deyil, o, təşkilatlarla bağlıdır”, - deyə L.Eqia bildirib.

Onun sözlərinə görə, süni intellektin təşkilatlara təsiri, strateji qərarların qəbulu, geosiyasi qeyri-müəyyənliyin idarə olunması və dayanıqlı biznes modellərinin qurulması müasir liderlərin qarşısında duran əsas məsələlərdəndir.

Vitse-dekan qeyd edib ki, proqram iştirakçıları biznes problemlərinə maliyyə, əməliyyatlar və rəqəmsallaşma kimi müxtəlif perspektivlərdən yanaşmağı və onları inteqrasiya etməyi öyrənəcəklər.

Eqia bildirib ki, proqram “IE Business School”un “Global MBA” proqramı əsasında hazırlanıb, lakin Azərbaycan biznes mühitinin ehtiyaclarına uyğunlaşdırılıb.

“Bu proqram “Global MBA” proqramımızın akademik bünövrəsini qoruyub saxlayır, eyni zamanda xüsusi olaraq sizin üçün hazırlanmış komponentləri özündə birləşdirir”, - deyə o vurğulayıb.

O əlavə edib ki, “AZEMBA” çərçivəsində Bakıda dörd, Madriddə isə bir modul təşkil olunacaq.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol