• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid valideynlərinin 65 yaşdan sonra işləməsi üçün xüsusi norma yaradılmalıdır - Naqif Həmzəyev

Şəhid valideynlərinin 65 yaşdan sonra işləməsi üçün xüsusi norma yaradılmalıdır - Naqif Həmzəyev
21.09.2026 10:39

Deputat Naqif Həmzəyev şəhid valideynlərinin 65 yaşdan sonra əmək fəaliyyətini davam etdirməsi ilə bağlı ayrıca hüquqi mexanizmin yaradılmasını təklif edib.

O, Milli Məclisdə çıxışı zamanı 65 yaş məsələsinin ciddi problemə çevrildiyini bildirib.

“Əgər şəhid ailə üzvləri və şəhid valideynlərinin 65 yaşı tamam olubsa, gözləmək lazım deyil ki, həmin şəhid valideyn müraciət etsin və bir il işləmək hüququnun artırılmasını istəsin. Bu şəhid valideyn vətən üçün qəhrəman yetişdirib”, - Həmzəyev deyib.

Deputatın sözlərinə görə, şəhid valideynlərinin orta məktəblərdə və ali təhsil müəssisələrində fəaliyyətlərini davam etdirmələri üçün qanunvericilikdə xüsusi norma müəyyənləşdirilə bilər.

“Şəhid anası, şəhid atası, məncə, ən yaxşı tərbiyəli, vətənpərvər uşaqları yetişdirə bilərlər. Onların orta məktəblərdə və ali təhsil müəssisələrində işləmələrini biz təmin etməliyik. Hətta lazımdırsa, qanunvericilikdə xüsusi dəyişikliklər etməliyik, bir norma formalaşdırmalıyıq ki, həmin şəxslər müraciət etməsin”, - deputat bildirib.

Həmzəyev bu məsələ ilə bağlı konkret problemlərlə qarşılaşdıqlarını da deyib.

“Belə bir problemlərlə biz qarşılaşdıq. Açığı deyim, mən özüm də utandım. Düzdür, aidiyyəti qurumlar operativ yanaşdılar. Ancaq belə bir şey olmamalı idi. Heç bu şəhid anası bu həddə gəlib çatmamalı idi ki, dərsə bir gün qalmış ona məlum olsun ki, dərs verməyiblər”, - deputat qeyd edib.

O, problemin qanunvericilik səviyyəsində həll edilməsinin vacibliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol