• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat TƏBİB-in və icbari sığortanın işindən narazıdır

Deputat TƏBİB-in və icbari sığortanın işindən narazıdır
21.09.2026 10:43

Deputat Naqif Həmzəyev regionlarda icbari tibbi sığortanın tətbiqi zamanı vətəndaşların bəzi əməliyyatlara çıxışında problemlərlə üzləşdiyini bildirib.

O, Milli Məclisdə çıxışı zamanı seçicilərin bu məsələ ilə bağlı tez-tez müraciət etdiyini, lakin aidiyyəti qurumlardan müsbət cavab ala bilmədiklərini deyib.

“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda bəzi problemlərlə qarşılaşırıq. Seçicilər tez-tez bizə müraciət edirlər. Nə TƏBİB-dən, nə İcbari Tibbi Sığortadan, nə də aidiyyəti qurumdan müsbət cavablar ala bilmirik”, - Həmzəyev bildirib.

Deputat Gəncədə həyata keçirilməsi mümkün olmayan əməliyyatlarla bağlı vətəndaşların əvvəlcə digər dövlət xəstəxanalarına müraciət etməli olduğunu, yalnız həmin müəssisələrdən imtina cavabı aldıqdan sonra Gəncədəki özəl xəstəxanalarda icbari tibbi sığorta hesabına əməliyyat etdirə bildiklərini deyib.

“7-8 dövlət xəstəxanasından imtina cavabını Gəncədə yaşayan orta təbəqədən olan vətəndaş necə alsın? Bakıya və digər rayonlara gedib-gəlməyin xərci nə qədərdir?” - deputat sual edib.

Həmzəyev Gəncədə ixtisaslaşmış özəl xəstəxanaların olduğunu və belə imkanlardan region sakinlərinin də istifadə edə bilməsinin vacibliyini vurğulayıb.

“Bu, Gəncədə yaşayan, Azərbaycanın ikinci böyük şəhərinin, tarixi paytaxtının sakini nəyə görə Bakıya gəlməlidir? Bakını niyə doldurmaq, orada tıxac yaratmaq istəyirik?” - o deyib.

Deputat Bakıda əməliyyat üçün növbələrin də uzun olduğunu bildirib. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşların növbəsi 2-3 ay çəkir.

Həmzəyev regionlarda çalışan ixtisaslı həkimlərin də bu prosesdən təsirlənə biləcəyini qeyd edib. O bildirib ki, özəl xəstəxanalarda çalışan bəzi savadlı və təcrübəli həkimlər müəyyən müddətdən sonra Bakıya qayıda və ya xaricə gedə bilərlər.

Deputat Gəncə ilə yanaşı, Şəki, Lənkəran və digər regionlarda yaşayan vətəndaşların icbari tibbi sığorta hesabına özəl xəstəxanalarda mürəkkəb əməliyyatlar etdirə bilməsi üçün şərait yaradılmasını təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol