• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə

Məhkəməyə əlçatan şəxs üçün qətimkan tədbirinə ehtiyac yoxdur - Arzuxan Əlizadə
21.09.2026 10:51

 

Deputat Arzuxan Əlizadə məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirinin əvəzinə alternativ tədbirlərdən daha çox istifadə edilməsinin vacib olduğunu bildirib.

O, Milli Məclisdə çıxışı zamanı istintaq altında olan şəxslərlə bağlı həbsdən başqa qətimkan tədbirlərinin də nəzərdə tutulduğunu xatırladıb.

“Daha çox həbsli qətimkan tədbirinə dair qərar verilir və bu, birmənalı olaraq doğru deyil. Bu istiqamətdə məhkəmələrimizə tövsiyələrin verilməsinə çox ciddi ehtiyac var. Bununla bağlı Azərbaycan Prezidenti də zamanında öz fikrini bildirib”, - Əlizadə deyib.

Deputatın sözlərinə görə, şəxsin istintaq müddətində əlçatan olması və məhkəmədən yayınmaması halında onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə ehtiyac olmaya bilər.

“Əgər şəxsin məhkəməyə əlçatanlığı varsa, məhkəmədən qaçıb gizlənmirsə, istintaq müddətində əlçatandırsa, onun barəsində qətimkan tədbiri seçilməsinə də ehtiyac yoxdur. Məhkəmədə əgər cinayəti sübut olunacaqsa, təbii ki, həbs ediləcək”, - deputat bildirib.

Əlizadə həmçinin həbs qətimkan tədbirlərinin çox tətbiq edilməsinin Azərbaycanın beynəlxalq hesabatlarda mənfi şəkildə təqdim olunmasına səbəb olduğunu qeyd edib.

O, Cinayət Məcəlləsində nəzərdə tutulan alternativ qətimkan tədbirlərindən daha geniş istifadə edilməsini təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 17:21
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Siyasət 14:02
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Siyasət 11:30
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Siyasət 10:58
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol