• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: İcbari tibbi sığortada deputatların belə keçə bilmədiyi baryerlər yaranıb

Zahid Oruc: İcbari tibbi sığortada deputatların belə keçə bilmədiyi baryerlər yaranıb
21.09.2026 11:44

Deputat Zahid Oruc icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalara göndərişlərin maksimum dərəcədə azaldığını və tibbi xidmət almaq üçün hətta deputatların da keçə bilmədiyi maneələrin yarandığını bildirib.

“Özəl xəstəxanalara göndərişlər maksimum dərəcədə azalıb. Bu da əhalinin mühüm bir yükünü üzərinə götürən özəl tibb müəssisələrinin gəlirlərinin azalmasına, vətəndaşların yenidən icra hakimiyyəti orqanlarına və parlament üzvlərinə müraciət etməsinə səbəb olur”, - Oruc parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, deputatlara ünvanlanan müraciətlərdə müalicə üçün yardım istəyən vətəndaşların sayı yenidən artmağa başlayıb.

“Açıq deyirəm ki, bu məsələlərlə bağlı parlament üzvlərinin özünün belə keçə bilmədiyi baryerlər yaranıb. Bu barədə müvafiq açıqlamalar verilməlidir. Kommunikasiya idarəetmənin birinci və əsas şərtidir”, - deputat bildirib.

Oruc deyib ki, vətəndaşlar əvvəlcə dövlət xəstəxanalarında müalicə və əməliyyatlara yönləndirilir, yalnız oradan imtina cavabı aldıqdan sonra özəl tibb müəssisələrinə göndəriş əldə edə bilirlər. Onun sözlərinə görə, bu prosedur təcili müalicə və ya əməliyyata ehtiyacı olan şəxslər üçün çətinlik yaradır.

Deputat icbari tibbi sığortanın Azərbaycanda əvvəlcə uğurla işləməyə başladığını və vətəndaşların sağlamlıq problemləri ilə bağlı parlament üzvlərinə müraciətlərinin azaldığını bildirib.

“Bu, statistikada da özünü göstərirdi. O demək idi ki, icbari tibbi sığorta sistemi işləyir”, - deputat deyib.

O, sistemin həmrəylik prinsipinə əsaslandığını vurğulayıb.

“Yüksək məbləğdə icbari tibbi sığorta haqqı ödəyən şəxs, əslində, 500-700 manat maaş alan və daha az sığorta haqqı ödəyən şəxsin sağlamlığını da maliyyələşdirmiş olur.

Həmrəylik metodu həm pensiya sistemində, həm də icbari tibbi sığortada işləyən modeldir”, - deputat bildirib.

Zahid Oruc icbari tibbi sığorta sistemində aparılan struktur və kadr dəyişikliklərinin də xidmətlərin təşkilinə təsir göstərdiyini deyib.

Onun sözlərinə görə, təcrübəli əməkdaşların sürətlə dəyişdirilməsi qurumlarla əlaqələrin və koordinasiyanın qurulmasını çətinləşdirir.

“Konkret əməllərində qanunsuzluq və cinayət olanları cəzalandırın, kənarlaşdırın. Ancaq qalan insanları tapana, onlarla əlaqə qurana və yeni şəxslər həmin böyük təcrübəni toplayana qədər zaman lazımdır. Təcrübə bir günün içərisində yaranmır”, - Oruc bildirib.


Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol