• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc boşalan kəndlərə qayıdış proqramı hazırlanmasını təklif edib

Zahid Oruc boşalan kəndlərə qayıdış proqramı hazırlanmasını təklif edib
21.09.2026 11:59

Deputat Zahid Oruc Azərbaycanın əhalisi azalan kəndlərinə qayıdışı stimullaşdıran ayrıca dövlət proqramının hazırlanmasını, bölgələrdə kommunal tariflərin aşağı salınmasını, güzəştli ipoteka və vergi imtiyazlarının tətbiqini təklif edib.

“Qarabağ və ətraf ərazilər üçün Böyük Qayıdış Proqramı həyata keçirilir və misilsiz işlər görülür. Lakin bizim boşalan kəndlərimizə də qayıdış proqramı lazımdır”, - Oruc parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, regionlardan Bakıya daxili miqrasiya paytaxtın yol infrastrukturuna, mənzil və əmək bazarına təzyiqi artırır.

Zahid Oruc bildirib ki, hökumətin büdcə xərclərində Bakını önə çəkməsi daxili miqrasiyanı dolayı yolla təşviq edir.

“Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur”, - deputat deyib.

Oruc bildirib ki, problemin həlli üçün kəndlərdə elektrik enerjisi və qaz tarifləri üç dəfə azaldılmalı, regionlarda ipoteka imkanları genişləndirilməli və emal müəssisələri üçün sıfır vergi siyasəti tətbiq edilməlidir.

“Müəllimlərin və həkimlərin ödənişlərini bir neçə dəfə artırmaq lazımdır. Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss etməlidir. Bu, dünyada keçilmiş yoldur”, - o qeyd edib.

Deputat təhsil aldığı kənd məktəbində şagirdlərin sayının 1989-cu ildəki 520 nəfərdən hazırda 71 nəfərə düşdüyünü deyib.

Onun sözlərinə görə, 1995-2026-cı illərdə həmin kənddən yalnız 67 nəfər ali məktəbə qəbul olunub və onlardan 14-ü təhsilini başa vurduqdan sonra kəndə qayıdıb.

“Əgər poçtu və tibb məntəqəsini bağlayırıqsa, məktəb də bağlanmaq vəziyyətində qalırsa, kəndin özünün varlığı sual altına düşür”, - Oruc bildirib.

Deputat sərhədyanı kəndlərin qorunmasını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirib.

“Azad olunan torpaqlar da daxil olmaqla sərhəd bölgələrindəki yaşayış məntəqələrimiz keşik çəkir. Bu, millətin keşiyidir. Əsgər arxasında əhalini görməzsə, ona elə gələr ki, qoruduğu ərazi səhradır”, - o deyib.

Orucun sözlərinə görə, təklif olunan proqram iqtisadi və sosial təşviqlər vasitəsilə insanların bölgələrdə yaşamasına, kənd təsərrüfatı və turizmin inkişafına şərait yaratmalıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol