• $
  • €
  • ₽
  • ₺
  • £

Bir sıra islahatlar arzuolunan nəticələr vermir - deputat

Bir sıra islahatlar arzuolunan nəticələr vermir - deputat
21.09.2026 12:08

Deputat Zahid Oruc su təsərrüfatı sahəsində aparılan islahatların gözlənilən nəticəni vermədiyini, təmir-bərpa briqadalarında çalışan 1,500-1,600-ə yaxın təcrübəli işçinin ixtisar edildiyini bildirib.

“Bir sıra komitə və qurumlarda aparılan islahatlar arzulanan nəticələri vermir. Bir qurumda təmir-bərpa briqadalarında çalışan 1,550-1,600-ə yaxın şəxsin hamısını ixtisar etdilər. Onlar illərin təcrübəsinə malik idilər və əhali ilə işləməyi bilirdilər”, - Zahid Oruc parlamentdə komitə iclasında çıxışı zamanı deyib.

Deputat su və meliorasiya qurumlarının nümayəndələri ilə görüşməkdə də çətinliklərin yarandığını bildirib. Onun sözlərinə görə, son iki ildə müvafiq qurumdan yalnız bir və ya iki şəxsin qəbuluna nail olmaq mümkün olub.

Oruc təcrübəli əməkdaşların kütləvi şəkildə ixtisar edilməsinin əhali ilə birbaşa təmas tələb edən sahədə problemlər yaratdığını deyib.

“İndi yeni adamlar gəlib xalqla birbaşa təmasda olan ən ağır sahədə çalışacaqlar. Bunu necə edəcəklər?” - o bildirib.

Deputatın sözlərinə görə, Xətai rayonu üzrə su təchizatı sistemində hazırda ümumilikdə 135 əməkdaş çalışır və onların sayı bir neçə mərhələdə aparılan islahatlardan sonra bu səviyyəyə enib.

“Onlar əsaslı investisiya qoyuluşu tələb edən işlərin öhdəsindən gələ bilmirlər”, - Oruc deyib.

O, müxtəlif infrastruktur elementlərinə ayrı-ayrı qurumların cavabdeh olmasının işlərin əlaqələndirilməsini çətinləşdirdiyini bildirib.

“Məsələn, yol kənarındakı işıqlandırma sisteminin lampasına bir qurum, dirəyinə isə başqa qurum baxır. Bu necə planlaşdırmadır? Belə yanaşma ilə problemi illərlə həll etmək mümkün olmayacaq”, - deputat qeyd edib.

Oruc dövlət qurumlarında işə qəbulun mərkəzləşdirilməsinin bəzi hallarda ciddi çatışmazlıqlar yaratdığını deyib və regionlarda yerli mütəxəssislərin işə qəbulunu asanlaşdıran mexanizm təklif edib.

“Elə çevik mexanizm yaradılmalıdır ki, İmişlinin ucqar kəndində yaşayan vətəndaş su sistemində asanlıqla işə qəbul oluna və açıq, şəffaf sistemi görə bilsin”, - o bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Cəmiyyət 12:52
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib

Sabah yağış yağacaq
Cəmiyyət 12:24
Sabah yağış yağacaq


DYP elektroskuter istifadəçilərinə müraciət edib
Cəmiyyət 12:11
DYP elektroskuter istifadəçilərinə müraciət edib

Bu yolayrıcına işıqforlar quraşdırılıb
Cəmiyyət 11:56
Bu yolayrıcına işıqforlar quraşdırılıb
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb
Cəmiyyət 11:29
BOKT-lərin aktivləri iki ildə 60% artaraq 1,6 milyard manata çatıb

Bakıda məktəbdə şagird ölüb
Cəmiyyət 11:21
Bakıda məktəbdə şagird ölüb

Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Cəmiyyət 10:41
Cinayətdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Cəmiyyət 10:30
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol