• $
  • €
  • ₽
  • ₺
  • £

Həsən Həsənov: Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranmasını təsdiqləyən mənbə yoxdur

Həsən Həsənov: Albaniyanın eramızdan əvvəl IV əsrdə yaranmasını təsdiqləyən mənbə yoxdur
21.09.2026 13:56

Tarix elmləri doktoru Həsən Həsənov Qafqaz Albaniyasının dövlət kimi eramızdan əvvəl IV əsrdə yarandığını təsdiqləyən qədim mənbənin olmadığını, Albaniya çarlığına dair məlumatın ilk dəfə eramızdan əvvəl I əsrə aid Roma mənbəsində yer aldığını bildirib.

“Eramızdan əvvəl IV əsrdə Albaniyanın dövlət olaraq yaranmasına dair bir dənə də olsun mənbə yoxdur”, - Həsənov “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Albaniya çarlığına dair məlumata eramızdan əvvəl I əsrdə Roma tarixçisi Dion Kassinin əsərində rast gəlinir.

“Dion Kassi yazır ki, Roma sərkərdəsi Pompey Albaniyaya gələndə albanlar onun qarşısına çarın başçılığı ilə qoşun çıxarıblar”, - Həsənov bildirib.

O, həmçinin Atropatena dövlətinin eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yarandığını deyib.

Həsənov tarixi hadisələrin qiymətləndirilməsi zamanı ilkin mənbələrlə sonrakı elmi tədqiqatların fərqləndirilməli olduğunu vurğulayıb.

“Elmdə iki ifadə var: mənbə və tədqiqat. Mənbə hadisədən xəbərdar olan qədim yazılardır. Tədqiqat isə müasir tədqiqatçıların gəldiyi nəticədir. Bunlar tamamilə fərqli məsələlərdir”, - o bildirib.

Həsənovun sözlərinə görə, tarixi iddianın etibarlılığını qiymətləndirərkən onun ilkin mənbəyə, yoxsa yalnız müasir tədqiqatçıların mövqeyinə əsaslandığı müəyyən edilməlidir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 17:21
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Siyasət 16:40
İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
Siyasət 16:10
İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Siyasət 15:48
İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Siyasət 14:02
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
Siyasət 11:30
Deputatlar və QHT nümayəndələri ABŞ Konqresini 907-ci maddəni ləğv etməyə çağırıblar
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Siyasət 10:58
İlham Əliyev 71 birinci instansiya məhkəməsinə hakim təyin edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:33
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Siyasət 16:36
Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol