• $
  • €
  • ₽
  • ₺
  • £

Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
25.09.2026 17:47

Azərbaycan 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrini hazırkı 130 min hektardan 300 min hektara çatdırmağı planlaşdırır. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Hazırda təxminən 130 min hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur və hədəfimiz 2030-cu ilədək bu göstəricini 300 min hektara çatdırmaqdır. Bu, həm məhsuldarlığı, həm də iqlimə davamlılığı dəstəkləyəcək”, - nazir deyib.

Məmmədovun sözlərinə görə, nazirlik kənd təsərrüfatında süni intellekt təşəbbüsü çərçivəsində peyk məlumatlarını, hava və iqlim göstəricilərini, təsərrüfat məlumatlarını və sensorlardan alınan informasiyanı bir sistemdə birləşdirmək üzərində işləyir.

Hava və iqlim məlumatlarını toplayan 180-dən çox stansiya ölkənin kənd təsərrüfatı informasiya infrastrukturuna inteqrasiya olunur.

Sistem fermerlərə su sərfiyyatını optimallaşdırmağa, riskləri erkən müəyyən etməyə və istehsal xərclərini azaltmağa kömək etməlidir.

Nazir bildirib ki, 2026–2030-cu illər üzrə dövlət proqramı çərçivəsində dəqiq kənd təsərrüfatı, məsafədən zondlama, dronlar, ağıllı suvarma və süni intellekt texnologiyalarının tətbiqi genişləndiriləcək.

Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8%, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə artıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol