• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri

Əmək bazarına hazırlıq indeksi ilin sonunadək 10 universitetdə tətbiq olunacaq - agentlik sədri
26.09.2026 13:08

Tələbələrin əmək bazarına hazırlıq səviyyəsini ölçən yeni indeks hazırda Azərbaycanın yeddi universitetində tətbiq edilir, ilin sonunadək isə layihənin əhatə dairəsinin 10 ali təhsil müəssisəsinə çatdırılması planlaşdırılır. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.

Onun sözlərinə görə, “Əmək bazarına hazırlıq indeksi” işəgötürənlərin insan resursları üzrə nümayəndələri ilə aparılmış müzakirələr əsasında hazırlanıb və universitetlərin ikinci kurs tələbələrini əhatə edir.

“İndeks yeddi əsas meyardan ibarətdir və bunlardan yalnız biri akademik nəticələrlə bağlıdır. Digər meyarlar yumşaq bacarıqlar, rəqəmsal savadlılıq, şəbəkələşmə, beynəlxalq kurslar, xarici dil bilikləri, təlimlər, təcrübə proqramları və iş təcrübəsini əhatə edir”, - Abbasov deyib.

O bildirib ki, layihə tələbələrin əmək bazarına hazırlığındakı boşluqları erkən mərhələdə müəyyən etməyə imkan verir.

“İkinci kurs tələbələrindən başlamağımızın səbəbi onların qarşısında bu boşluqları aradan qaldırmaq üçün hələ iki ilin olmasıdır. Tələbə və universitetlərin karyera mərkəzlərinə yekun hesabat təqdim edirik. Həmin hesabatda tələbənin hansı istiqamətlərdə inkişaf etməli olduğu göstərilir”.

Abbasovun sözlərinə görə, indeks pilot mərhələdə işəgötürənlərin insan resursları strukturları ilə də sınaqdan keçirilib.

“İşəgötürənlər bildirdilər ki, layihə artıq pilot mərhələdən onların işini ən azı 27% asanlaşdırır”, - o deyib.

Agentlik rəhbəri bildirib ki, indeks iki əsas məqsədə xidmət edir: tələbələri akademik göstəricilərlə yanaşı, işəgötürənlərin tələb etdiyi digər bacarıqları da inkişaf etdirməyə təşviq etmək və universitetlərin karyera mərkəzlərinə tələbələrin əmək bazarına hazırlanması üçün yol xəritəsi təqdim etmək.

“Əvvəlki yanaşma universitet, məzuniyyət və məşğulluq ardıcıllığına əsaslanırdı. İndi isə proses işəgötürənin tələbi və əmək bazarının gözləntiləri ilə başlamalı, universitet təhsili və hazırlığı buna uyğun qurulmalıdır”, - Abbasov bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:08
Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:14
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Cəmiyyət 13:35
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:41
Sabahın hava proqnozu açıqlanıb
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Cəmiyyət 10:26
Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib
Cəmiyyət 09:13
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:48
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:19
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol