Azərbaycan yığması bu gün Litva ilə qarşılaşacaq
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.
Ayxan Abbasovun rəhbərlik etdiyi yığma D Liqasının II qrupunda Litva ilə səfərdə qarşılaşacaq.
Kaunas şəhərindəki “Darius və Girenas” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Görüşü Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.
Litva millisi qrupdakı ilk oyununda səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
Daha çox