• $
  • €
  • ₽
  • ₺
  • £

Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir

Vəkillərin üzləşdiyi məsələlərlə bağlı dövlət qurumları ilə dialoq davam etdirilir
28.09.2026 10:18

Azərbaycanda vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri məsələlərin həlli üçün aidiyyəti dövlət qurumları ilə institusional dialoq davam etdirilir. Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Polşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.


Bağırovun sözlərinə görə, beynəlxalq təcrübənin və peşəkar standartların öyrənilməsi milli qanunvericiliyin və vəkilliyin institusional mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verir.


“Vəkillər peşə fəaliyyətlərini hər hansı təzyiq və müdaxilədən azad şəkildə, yalnız qanunun və peşə etikası normalarının tələblərinə uyğun həyata keçirməlidirlər”, - Bağırov deyib.


O qeyd edib ki, vəkillik peşəsinin müstəqilliyi hüququn aliliyinin, insan hüquqlarının və ədalətli məhkəmə araşdırmasının əsas təminatlarından biridir. Bu müstəqilliyin qorunmasında qanunvericilik təminatları, peşə özünüidarəetməsi və maliyyə müstəqilliyi mühüm rol oynayır.


Bağırov “Vəkillik peşəsinin müstəqilliyinin təminatları” mövzusunda çıxışını Polşa Milli Vəkillər Şurasının AEA-EAL-a üzvlüyünün 30 illiyi və Avropa Vəkillər Assosiasiyasının yaradılmasının 40 illiyi münasibətilə keçirilən konfransda edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 15:51
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə XİN Azərbaycanı təbrik edib
Siyasət 11:20
Türkiyə XİN Azərbaycanı təbrik edib
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Siyasət 08:31
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
Siyasət 15:32
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:05
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Siyasət 19:46
Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
Siyasət 18:06
Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol