• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub

Rusiyada 11 il əvvəl qadını öldürən iki Azərbaycan vətəndaşına hökm oxunub
28.09.2026 15:50

Rusiyada 2013-cü ildə gənc qadını zorlayaraq öldürməkdə təqsirli bilinən iki Azərbaycan vətəndaşı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 və 14 il müddətinə azadlıqdan məhrum edilib.


Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə 1983-cü il təvəllüdlü S.M.-ə 13 il, 1984-cü il təvəllüdlü E.X.-ə isə 14 il həbs cəzası verilib. Hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Cinayət 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikasının Bavlı şəhərində baş verib.

Tikintidə çalışan təqsirləndirilən şəxslər 1993-cü il təvəllüdlü Rusiya vətəndaşını qaldıqları binaya dəvət edərək zorlayıb, daha sonra cinayəti gizlətmək məqsədilə öldürüblər.


Qadının meyiti binanın həyətində basdırılıb, hadisədən sonra isə təqsirləndirilən şəxslər Rusiyanı tərk edərək Azərbaycana gəliblər. Rusiya hüquq-mühafizə orqanları qadının itkin düşməsi ilə bağlı araşdırma aparsa da, həmin dövrdə meyiti və şübhəliləri müəyyənləşdirə bilməyib.


İş 2024-cü ilin noyabrında Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatdan sonra yenidən açılıb. Saxlanılan şəxslərin verdiyi məlumatlar əsasında meyitin basdırıldığı yer müəyyən edilib.


Azərbaycan tərəfinin məlumatı ilə Rusiya İstintaq Komitəsinin əməkdaşları Bavlı şəhərindəki köhnə tikilinin həyətində qazıntı apararaq skeletləşmiş meyit və geyim qalıqları aşkarlayıblar.

Kriminalistik ekspertizalar və DNT analizləri qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsinə və cinayətin sübuta yetirilməsinə imkan verib.


Məhkəmədə təqsirləndirilən şəxslərdən biri ittihamı qismən qəbul edib. Digəri isə ibtidai istintaq zamanı təzyiqə məruz qaldığını və cinayətdə iştirak etmədiyini bildirib. Məhkəmə iş üzrə toplanmış sübutlara əsaslanaraq hər iki şəxsi qabaqcadan əlbir olan qrup halında zorlama və cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürməkdə təqsirli bilib.

Tatyana 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəmiyyət 22:21
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol