• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb

Şuşada mina partlayıb, bir nəfər xəsarət alıb
28.09.2026 18:25

Şuşa rayonunun Cəmillər kəndi ərazisində avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində bir nəfər xəsarət alıb.Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Bayramovun idarə etdiyi avtomobil keçmiş təmas xəttində yerləşən və minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində B.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəmiyyət 22:21
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol