Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
Bəxtiyar Hüseynalı oğlu Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun 28 sentyabr tarixli sərəncamı ilə vəzifəsindən azad olunub.