• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
29.09.2026 00:06

Bakının Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 29-dan 16 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Dəyişikliyə 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli marşrutlar daxildir.

41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli avtobusların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.

2 nömrəli marşrutun “Dərnəgül” metro stansiyasından “Avtovağzal” istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə, əks istiqamətdə isə Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə həyata keçiriləcək.

3 nömrəli marşrut “Dərnəgül” istiqamətində Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə, əks istiqamətdə isə Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov və Atatürk prospektləri ilə hərəkət edəcək.

33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə “Dərnəgül” metro stansiyasına hərəkət edəcək.

202 nömrəli marşrutun Biləcəri qəsəbəsi istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil olunacaq.

AYNA-nın məlumatına görə, 7-ci mikrorayon sakinlərinin “Dərnəgül” metro stansiyasına gedişini təmin etmək üçün 3 nömrəli marşrutdan əlavə avtobuslar ayrılacaq. Bu avtobuslar Abay Kunanbayev küçəsi ilə “Dərnəgül” metro stansiyası arasında sərnişinləri ödənişsiz daşıyacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
7-ci mikrorayondan “Dərnəgül”ə ödənişsiz avtobuslar işləyəcək
Cəmiyyət 22:36
7-ci mikrorayondan “Dərnəgül”ə ödənişsiz avtobuslar işləyəcək
Kürdəmirdə ildırım vuran kişi ölüb
Cəmiyyət 20:52
Kürdəmirdə ildırım vuran kişi ölüb
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Cəmiyyət 17:50
Bağçaya növbəsi çatan valideyndən 100 manat tələb olunur - İDDİA/Yenilənib
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
Cəmiyyət 17:33
Kamran Əliyev Rusiyanın Ali Məhkəməsinin sədrinə yubiley medalı təqdim edib
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Cəmiyyət 17:15
AİİB-in 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək
Lənkəranda zəlzələ olub
Cəmiyyət 16:10
Lənkəranda zəlzələ olub
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Cəmiyyət 15:41
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Cəmiyyət 15:27
Qubad İbadoğlu üzərində polis nəzarəti ləğv edilib, o, Almaniyaya gedib
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Cəmiyyət 14:18
Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur?- Rəsmi açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol