• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və İran rəsmiləri müharibəyə son qoymaq üçün vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıb

ABŞ və İran rəsmiləri müharibəyə son qoymaq üçün vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıb
29.09.2026 10:31

 

ABŞ və İran rəsmiləri bazar ertəsi günü vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıblar. Reuters-ə danışan mənbələrə görə, danışıqlar yeddi aydır davam edən müharibəyə son qoyulması istiqamətində diplomatik səylərin yenidən canlandırılması çərçivəsində keçirilib.

Danışıqlarla tanış olan bir rəsminin Reuters-ə bildirdiyinə görə, növbəti müzakirələrin İranın ötən həftə BMT Baş Assambleyasının sessiyası çərçivəsində təqdim etdiyi yeddi günlük təklifin dəyişdirilmiş variantı ətrafında aparılması gözlənilir.

İranın dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, BMT Baş Assambleyasının iclaslarından sonra Nyu-Yorkda qalan xarici işlər naziri Abbas Əraqçi Tehranın Hörmüz boğazında atəşkəsin əldə olunması və dəniz nəqliyyatının bərpası ilə bağlı təkliflərinə ABŞ-dan cavab gözlədiyini bildirib.

Əraqçi deyib: “Əgər amerikalılar razılaşma və ya dinc həll yolu axtardıqlarını iddia edirlərsə, deməli, biz həmin həlli təqdim etmişik”.

ABŞ Prezidenti Donald Tramp isə Ağ Evdə jurnalistlərə ABŞ rəsmilərinin bazar ertəsi vasitəçilərlə ayrıca danışıqlar apardığını təsdiqləyib. O, danışıqların detalları barədə məlumat verməyib.

İranın yeddi günlük təklifinə əsasən, ABŞ hərbi təzyiqi azaltmalı, İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalı, İranın dondurulmuş aktivlərinin açılmasına və neft satışına imkan verməlidir. Bunun qarşılığında Tehran yeddi gün ərzində Hörmüz boğazını açmağa və nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Tramp isə İranın təklifini rədd etdiyini bildirib. Buna baxmayaraq, tərəflər arasında vasitəçilər üzərindən yeni təmasların davam etdiyi bildirilir.

Hörmüz boğazı qlobal enerji daşımaları üçün əsas marşrutlardan biridir. ABŞ-İran qarşıdurması fonunda boğazdan keçən neft tədarükü ilə bağlı narahatlıqlar son günlər dünya bazarlarında neft qiymətlərinin artmasına təsir edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol