• $
  • €
  • ₽
  • ₺
  • £

Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
30.09.2026 22:10

Rusiya Xarici İşlər Nazirliyi Baltik dənizində Rusiya və Danimarka hərbi qüvvələri arasında baş verən insidentlə bağlı Danimarkanın Moskvadakı səfiri Rolf Holmboeni çağıraraq etirazını bildirib.Bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya tərəfi Danimarka Hərbi Hava Qüvvələrinə məxsus “Fennec” tipli helikopterin Baltik Donanmasının “Soobrazitelny” korvetinə qarşı “təhlükəli” və “təxribatçı” hesab etdiyi manevrlərə etiraz edib.

İnsident sentyabrın 14-də baş verib. Danimarka tərəfinin məlumatına görə, həmin vaxt Rusiya hərbi gəmisi beynəlxalq sularda hərbi gəmini fotoşəkil çəkən Danimarka helikopterinin istiqamətinə iki siqnal raketi atıb. Raketlərdən biri helikopterin yaxınlığından keçib.

Moskva isə hadisədən sonra helikopterin Rusiya gəmisinin yaxınlığında “təhlükəli manevrlər” etdiyini bildirib və insidenti araşdırdığını açıqlayıb.

Hadisədən sonra Danimarka da Rusiyanın Kopenhagendəki səfirini çağıraraq etirazını bildirib. Rusiyanın səfirinin çağırılması ilə bağlı son qərar isə insidentə cavab xarakteri daşıyıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol