• $
  • €
  • ₽
  • ₺
  • £

Netanyahu “Flydubai” təyyarəsində hücum edəni zərərsizləşdirən sərnişinlə görüşüb

Netanyahu “Flydubai” təyyarəsində hücum edəni zərərsizləşdirən sərnişinlə görüşüb
30.09.2026 23:39

İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” təyyarəsində pilotlardan birinə bıçaqla hücum edən şəxsi zərərsizləşdirən israilli sərnişin Yaniv Xayon ilə görüşüb.Bu barədə “Ynet” nəşri xəbər verir.

Görüş Ben-Qurion hava limanında baş tutub.

Xayon görüşə hadisə zamanı üzərinə qan sıçrayan köynəklə gəlib. O, təyyarənin kabinəsinə daxil olaraq hücum edən şəxsi idarəetmə vasitələrindən uzaqlaşdırdığını və daha sonra təyyarənin idarə olunmasına kömək etdiyini bildirib.

“Mən hücum edəni tutdum, onu boğaraq kabinədən çıxardım. Köməyə digər sərnişinləri çağırdım, sonra geri qayıdaraq təyyarənin idarəetmə sükanını özümə doğru çəkdim. Təyyarə düzəlməyə başladı. Həmin vaxt sərnişinlər arasında olan digər pilot idarəetməni öz üzərinə götürdü”, – Xayon deyib.

Sentyabrın 30-da Dubaydan İsrailə uçan, 174 sərnişinin olduğu “Flydubai” təyyarəsində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və ekipaj üzvləri müdaxilə edərək hücum edəni zərərsizləşdirib. Təyyarə daha sonra Səudiyyə Ərəbistanının Tabuk şəhərində təcili eniş edib.

İsrail rəsmiləri hadisəni təyyarənin ələ keçirilməsi və qəzaya uğradılması cəhdi kimi araşdırır. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:15
ABŞ Çinin beş şirkətinə qarşı sanksiyalar tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol