• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb
01.10.2026 11:07

 

Gəncədə antisanitar şəraitdə toyuq ətindən dönər məhsulu hazırlayaraq dönərxanalara satan emal sexinin fəaliyyəti dayandırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, sexdə toyuq ətlərinin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına əməl edilmədən sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi müəyyənləşdirilib.

Yoxlama zamanı donmuş toyuqların açıq havada donunun açıldığı, məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı aşkarlanıb.

Həmçinin ətin şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə əməl edilmədən daşındığı müəyyən olunub.

Obyektdən ət nümunələri götürülərək laborator müayinəyə göndərilib. 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub.

Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və obyektin fəaliyyəti dayandırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Laçın istiqamətində xidmət edən əsgərin itkin düşdüyü bildirilir
Cəmiyyət 12:54
Laçın istiqamətində xidmət edən əsgərin itkin düşdüyü bildirilir
Fərid Şəfiyev: Orta Dəhliz geosiyasi proseslər fonunda daha da əhəmiyyətli olur
Cəmiyyət 12:06
Fərid Şəfiyev: Orta Dəhliz geosiyasi proseslər fonunda daha da əhəmiyyətli olur
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yeni əməkdaşlıq xətti formalaşıb
Cəmiyyət 11:50
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yeni əməkdaşlıq xətti formalaşıb
“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb
Cəmiyyət 11:47
“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb
Ağstafada iki müəllim dərs bölgüsü üstündə dava edib - birinin vəziyyəti kafidir
Cəmiyyət 11:35
Ağstafada iki müəllim dərs bölgüsü üstündə dava edib - birinin vəziyyəti kafidir
Kürdəmir toyunda zəhərlənənlərin sayı 91-ə çatıb - Yenilənib
Cəmiyyət 11:28
Kürdəmir toyunda zəhərlənənlərin sayı 91-ə çatıb - Yenilənib
Şərurun 12 kəndində və Yengicənin bir hissəsində işıq olmayacaq
Cəmiyyət 11:11
Şərurun 12 kəndində və Yengicənin bir hissəsində işıq olmayacaq
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb
Cəmiyyət 11:07
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb
Azərbaycanda bir gündə 53 cinayət açılıb
Cəmiyyət 10:22
Azərbaycanda bir gündə 53 cinayət açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol