• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib
02.10.2026 10:44

 

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Oktyabrın 2-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşada gürcüstanlı həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyə töhfəsi vurğulanıb.

Tərəflər müxtəlif formatlarda keçirilən görüş və qarşılıqlı səfərlərin müdafiə sahəsində əlaqələrin inkişafına təsir etdiyini qeyd ediblər.

Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə nazirləri səviyyəsində üçtərəfli əməkdaşlıq formatı fəaliyyət göstərir. Tərəflər bu çərçivədə hərbi əməkdaşlıq, birgə təlimlər və regional təhlükəsizlik məsələlərini müzakirə edirlər. Gürcüstanın müdafiə naziri İrakli Çikovani 2026-cı ilin iyununda da Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol