• $
  • €
  • ₽
  • ₺
  • £

Metyu Brayza: ABŞ enerji layihələrində milli maraqları əsas götürüb

Metyu Brayza: ABŞ enerji layihələrində milli maraqları əsas götürüb
02.10.2026 10:59

ABŞ enerji layihələrinə dəstək verərkən əsas diqqəti qlobal enerji bazarlarının ehtiyaclarına və milli maraqlarının təmin olunmasına yönəldib. Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, “Jamestown Foundation”ın Direktorlar Şurasının üzvü Metyu Brayza Bakıda keçirilən “CAMCA 2026” Regional Forumunda deyib.

O bildirib ki, Vaşinqtonun bu layihələrdə iştirakı karbohidrogen ehtiyatlarına çıxış əldə etmək və ya onlara nəzarəti ələ keçirmək məqsədi daşımayıb.

“ABŞ bu layihələrdə karbohidrogenlərə çıxış əldə etmək və ya onlara nəzarət etmək məqsədilə iştirak etməyib. Bu, ABŞ-nin milli maraqlarının maksimum dərəcədə təmin edilməsi baxımından nəzərdən keçirilirdi”, - deyə diplomat qeyd edib.

Brayza enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında marşrutların şaxələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, enerji təchizatının ayrı-ayrı coğrafi “dar boğazlardan” asılı vəziyyətə düşməsinin qarşısı alınmalıdır.

Keçmiş səfir qeyd edib ki, ABŞ istehsalçı ölkələrin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmasına şərait yaratmağa çalışıb.

O, həmçinin xarici iqtisadi siyasətin həyata keçirilməsi zamanı ABŞ dövlət qurumları arasında səmərəli koordinasiyanın əhəmiyyətini diqqətə çatdırıb.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol