• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev -bir gün də istirahət etmədik

Əliyev -bir gün də istirahət etmədik
02.10.2026 11:46

Azərbaycan 2020-ci ildəki Zəfərdən sonra ərazi bütövlüyünü tam bərpa etmək üçün fəaliyyətini davam etdirib və “bir gün də istirahət etməyib”. Prezident İlham Əliyev bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.


“Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”, - Əliyev bildirib.

"Bir gün belə ara vermədik, bu şərəfli missiyamızın həyata keçirilməsində bir gün də istirahət etmədik”,- o əlavə edib. 


Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə başa çatan 44 günlük müharibədən 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatına qədər bir neçə istiqamətdə fəaliyyət göstərib.


Əliyev bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. O, partiyanın VII Qurultayının 44 günlük müharibədə qazanılan Zəfərdən bir neçə ay sonra, yeni siyasi və tarixi şəraitdə keçirildiyini xatırladıb.


“Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir”, - Prezident deyib.


Əliyev YAP-ın yaradılmasının və Heydər Əliyevin hakimiyyətə qayıdışının xalqın tələbi olduğunu bildirib.


“Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi”, - o deyib.


Prezidentin sözlərinə görə, Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, ölkədə baş verən hadisələrin və Qarabağda separatizm meyillərinin qarşısını almağa çalışardı.


“Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın”, - İlham Əliyev deyib.


O əlavə edib ki, Azərbaycan xalqı öz nicat yolunu Heydər Əliyevlə bağlayırdı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol