• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Mustafayev: CAMCA regionu vahid biznes ekosistemi kimi nəzərdən keçirilməlidir

Orxan Mustafayev: CAMCA regionu vahid biznes ekosistemi kimi nəzərdən keçirilməlidir
02.10.2026 15:50

CAMCA regionu ayrı-ayrı ölkələr kimi deyil, vahid ekosistem kimi nəzərdən keçirilməli və biznesin region üzrə genişlənməsi üçün ümumi imkanlar yaradılmalıdır. Bunu “Sabah Investment Group”un təsisçisi və Direktorlar Şurasının sədri Orxan Mustafayev Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.

Onun sözlərinə görə, ölkələr arasında daha sıx inteqrasiya biznesin inkişafına və region üzrə miqyaslanmasına imkan verə bilər.

“Azərbaycan, Gürcüstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrə ayrı-ayrılıqda yanaşmaq əvəzinə, CAMCA-nı vahid ekosistem kimi nəzərdən keçirmək biznesin miqyasını daha asan genişləndirməyə imkan verə bilər”, -  o bildirib.

Mustafayev qeyd edib ki, bunun üçün qayda və tənzimləmələrin sadələşdirilməsi, kapitala çıxışın genişləndirilməsi və investorlar üçün əlverişli hüquqi mexanizmlərin yaradılması vacibdir.

O əlavə edib ki, CAMCA çərçivəsində texnologiyanın bir ölkədə yaradılması, kapitalın digər ölkədə cəlb olunması və istehsalın başqa ölkədə həyata keçirilməsi kimi regional biznes modelləri mümkün ola bilər.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəmiyyət 22:21
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol