• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırış yarada bilər-Oşakbayev

Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırış yarada bilər-Oşakbayev
02.10.2026 16:15

Xəzər dənizində su səviyyəsinin azalması və dayazlaşma prosesi Orta Dəhlizin uzunmüddətli dayanıqlılığı və daşımaların maya dəyəri üçün ciddi çağırış yarada bilər. Bunu TALAP Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru və CAMCA Şəbəkəsinin Qazaxıstan üzrə üzvü Rəhim Oşakbayev Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.

Onun sözlərinə görə, 2001-ci ildən Xəzərin şimal hissəsində sahil xətti 56 kilometrədək geri çəkilib, son beş ildə isə suyun dayazlaşması ildə təxminən 30 santimetrə çatıb.

“Əgər bu proses davam edərsə, Orta Dəhlizin dayanıqlılığı və fəaliyyət xərcləri region ölkələri üçün böyük çağırış ola bilər”, -  Oşakbayev bildirib.

O qeyd edib ki, son iki ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2,3 dəfədən çox artıb. Bununla belə, Çin və Avropa arasında quru yolu ilə daşınan yüklərin təxminən 88%-i hələ də Rusiya, Belarus və Polşadan keçən marşrutla həyata keçirilir.

Oşakbayev Orta Dəhlizin Qazaxıstan üçün nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını və onun uzunmüddətli dayanıqlılığının təmin edilməsinin vacib olduğunu vurğulayıb.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol