• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev müddətsiz partiya sədri olacaq

İlham Əliyev müddətsiz partiya sədri olacaq
02.10.2026 16:15

 

 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin 5 illik səlahiyyət müddətinə dair müddəanın Nizamnamədən çıxarılması təklif olunur.

APA-nın məlumatına görə, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VIII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda qüvvədə olan Nizamnaməyə əsasən, YAP sədrinin səlahiyyət müddəti beş ildir və müddət başa çatdıqda sədr Qurultay tərəfindən yenidən seçilə bilər.

Nizami Səfərov bildirib ki, bu müddəanın aradan qaldırılması təklif olunur.

“Bu, tamamilə qanunauyğun, siyasi və hüquqi reallıqları əks etdirən, Azərbaycanın misli görünməmiş zəfərlərinin rəhbəri, YAP sədri Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və böyük qələbələrə aparacaq”, - deyə deputat bildirib.

YAP-ın 2021-ci ildə qəbul edilmiş hazırkı Nizamnaməsinə əsasən, partiya sədrinin səlahiyyət müddəti beş ildir və sədr Qurultay tərəfindən yenidən seçilə bilər. Həmin Nizamnamədə partiya sədrinin seçilməsi Qurultayın müstəsna səlahiyyətləri sırasında göstərilir.

YAP-ın VIII Qurultayı oktyabrın 2-də Bakıda keçirilir. Partiyanın əvvəlki, VII Qurultayı 2021-ci il martın 5-də keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol