• $
  • €
  • ₽
  • ₺
  • £

Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
03.10.2026 17:01

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, Yardımlı, Lerik, Lənkəran, Astara, Naxçıvan, Şərur, Ordubad, Şahbuz, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Mingəçevir, İmişli, Bərdə, Beyləqan, Neftçala, Zərdab, Naftalanda arabir yağış, Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağır.

***

Azərbaycanın əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qrız, Xınalıq, Qusar və Şahdağda isə qar yağır. Bakıda və Abşeron yarımadasında 31 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 110 %-ni təşkil edir.

Respublikanın rayonlarında ən çox düşən yağıntının miqdarı: Qəbələdə 72 (aylıq normanın 57%-i), Lənkəranda 56 (aylıq normanın 22%-i), Sarıbaşda (Qax) 50 (aylıq normanın 41%-i), Oğuzda 41 (aylıq normanın 41%-i), Xaltanda 37 (aylıq normanın 76%-i), Kişçayda (Şəki) 36 (aylıq normanın 41%-i), Şahdağda 33 (aylıq normanın 52%-i), Astarada 29, Qusarda 28 (aylıq normanın 44%-i), Xınalıqda 27 (aylıq normanın 42%-i), Zaqatalada 27 (aylıq normanın 27%-i), Sabirabadda 25 (aylıq normanın 61%-i), Xızıda 25 (aylıq normanın 44%-i), Qrızda 22 (aylıq normanın 45%-i), Balakəndə 19, Yardımlı və Göyçayda 14, Qobustanda 12, İsmayıllıda 11, Şamaxı və Qubada 10 mm, digər rayonlarda isə 1-8 mm qeydə alınır. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Neftçalada 23, Bakıda və Abşeron yarımadasında 22, Şahdağda 20 m/s-dək güclənir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Cəmiyyət 22:21
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - yenilənib
Gəncədə beşaylıq körpə ölüb
Cəmiyyət 19:57
Gəncədə beşaylıq körpə ölüb
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Cəmiyyət 18:50
Rumıniya sahillərində hücuma məruz qalan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Cəmiyyət 18:12
Bu ay üzrə ölkə ərazisində bütün sosial ödənişlər başa çatdırılıb
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib
Cəmiyyət 17:45
Dörd rayonda qanunsuz ağac kəsimi: Təbiətə 40 min manatdan çox ziyan dəyib

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Cəmiyyət 17:09
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Cəmiyyət 17:02
Gürcüstanda miqrasiya qaydalarını pozan azərbaycanlılar saxlanılıb
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib
Cəmiyyət 16:54
Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Cəmiyyət 15:59
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol