Bakıda bir neçə yolda sürət həddi endirilib
Bakıda yağışlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında sürət həddi endirilib və məlumat tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi 40 km/saatadək, Heydər Əliyev prospektindən Mərdəkan körpüsünə qədər olan hissədə isə bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.
Məlumata görə, sürət həddində dəyişikliklə bağlı məlumat tabloları yenilənib və bütün tablolarda “sürüşkən yol” işarəsi yerləşdirilib.
Mərkəz sürücüləri müəyyən edilmiş sürət həddinə əməl etməyə çağırıb.