• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasıyaradılacaq


Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatasıyaradılacaq
05.10.2026 11:42

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir.

Bununla bağlı Mülki Prosessual, Vergi, Cinayət-Prosessual Məcəlllərinə, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası (bundan sonra - Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir:

- Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları vardır.

- Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.

- Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənir.

- Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edir.

Qanun layihəsinə əsasən, Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:

- Palata üzvlərinin üzvlük haqları;

- Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;

- ianələr.

Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.

Sənəddə qeyd edilib ki, Palatanın aşağıdakı səlahiyyətləri vardır:

- özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;

- özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların

təlimini təşkil etmək;

- özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;

- dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;

- özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu Qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;

- məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;

- digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.

Bildirilib ki, özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.

Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə də xitam veriləcək

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fermer nazirə səsləndi - bizə tez yetişən pambıq sortları lazımdır
Cəmiyyət 11:53
Fermer nazirə səsləndi - bizə tez yetişən pambıq sortları lazımdır
Deputat: aqrar qanunun tətbiqi aqronom və baytarlara tələbatı artıracaq
Cəmiyyət 11:33
Deputat: aqrar qanunun tətbiqi aqronom və baytarlara tələbatı artıracaq
İbrahimov aqrar sahədə iri kooperativlərin yaradılmasına çağırıb
Cəmiyyət 11:28
İbrahimov aqrar sahədə iri kooperativlərin yaradılmasına çağırıb
Fermerlərin gəliri artırılacaq- nazir
Cəmiyyət 10:58
Fermerlərin gəliri artırılacaq- nazir
İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar insani məsələdir- Şamil Ayrım
Cəmiyyət 10:49
İtkin şəxslərin taleyinin aydınlaşdırılması siyasi müzakirələrdən kənar insani məsələdir- Şamil Ayrım
Media və Yayım Şurası: Hanning işi ilə bağlı Azərbaycan adı hallandırılmayıb
Cəmiyyət 10:40
Media və Yayım Şurası: Hanning işi ilə bağlı Azərbaycan adı hallandırılmayıb
Deputat: investisiya layihələrinin ümumi həcmi 27-28 milyard dollara çatır
Cəmiyyət 10:18
Deputat: investisiya layihələrinin ümumi həcmi 27-28 milyard dollara çatır
Azərbaycan Ermənistana 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib
Cəmiyyət 10:12
Azərbaycan Ermənistana 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib
Qurbanov: Azərbaycan yaşıl keçidin inkişafında maraqlıdır
Cəmiyyət 10:11
Qurbanov: Azərbaycan yaşıl keçidin inkişafında maraqlıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol