• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qeyri-neft məhsullarının ixrac logistika xərclərinin 70%-dək hissəsini qarşılayır - nazir

Dövlət qeyri-neft məhsullarının ixrac logistika xərclərinin 70%-dək hissəsini qarşılayır - nazir
05.10.2026 12:29

Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracı ilə bağlı logistika xərclərinin 70%-dək hissəsini qarşılayır. Bunu  kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Əsas yük, əsas öhdəlik özəl sektorun üzərinə düşür”, - Məmmədov deyib.

Onun sözlərinə görə, fermer və şirkətlər müasir, intensiv təsərrüfatçılığa keçməli, məhsulun saxlanmasına, emalına və daşınmasına, eləcə də brend yaradılmasına investisiya qoymalıdırlar.

“İxrac yönümlü məhsulların, qeyri-neft məhsullarının logistika xərclərinin 70%-ə qədər qarşılanması nəzərdə tutulub. Çox ciddi bir dəstəkdir”, - nazir bildirib.

Məmmədov dövlət dəstəyinin investisiya və istehsal mərhələlərini əhatə etdiyini deyib.

Onun sözlərinə görə, məhsul, heyvan və sertifikat subsidiyaları istehsalın beynəlxalq standartlara və ixrac bazarlarının tələblərinə uyğunlaşdırılmasına yönəlib.

“Daha az resursla daha çox məhsul istehsal edən özəl sektor  emalına investisiya edəcək və marka yaradılmasına önəm verəcək”, - o deyib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 14:23
Dövlət sərhədindən narkotik keçirilməsinin qarşısı alınıb

Tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Cəmiyyət 13:47
Tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Nazir Salyanda pambıq pulunu ala bilməyən 180 fermerin məsələsinə münasibət bildirib- Video
Cəmiyyət 13:36
Nazir Salyanda pambıq pulunu ala bilməyən 180 fermerin məsələsinə münasibət bildirib- Video

Prezident Ettienn Berxtoldu qəbul edib
Cəmiyyət 13:36
Prezident Ettienn Berxtoldu qəbul edib


Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb
Cəmiyyət 13:16
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 12:52
Sabah Bakıya yağış yağacaq
Prezidentin xüsusi nümayəndəsi sahibkarlara çağırış edib
Cəmiyyət 12:36
Prezidentin xüsusi nümayəndəsi sahibkarlara çağırış edib
Dövlət qeyri-neft məhsullarının ixrac logistika xərclərinin 70%-dək hissəsini qarşılayır - nazir
Cəmiyyət 12:29
Dövlət qeyri-neft məhsullarının ixrac logistika xərclərinin 70%-dək hissəsini qarşılayır - nazir
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırılıb
Cəmiyyət 12:24
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol