• $
  • €
  • ₽
  • ₺
  • £

Qara dənizdə vurulan gəminin Mübariz Mənsimovun şirkəti tərəfindən işlədildiyi təsdilənib

Qara dənizdə vurulan gəminin Mübariz Mənsimovun şirkəti tərəfindən işlədildiyi təsdilənib
06.10.2026 12:55

PALMALI Şirkətlər Qrupu tərəfindən istismar olunan “Royad Mammadov” yük gəmisi oktyabrın 5-də Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalıb. Hadisə nəticəsində iki dənizçi həlak olub. Bu barədə şirkətin açıqlamaqsında bildirilib. 

Hücumdan sonra gəmidə yanğın baş verib və heyətin təxliyəsi üçün xilasetmə işlərinə başlanılıb.

Digər heyət üzvlərinin sağ-salamat təxliyə edilərək təhlükəsiz əraziyə çatdırıldığı qeyd olunub.

“PALMALI Şirkətlər Qrupu olaraq həyatını itirən dənizçilərimizin ailələrinin yanındayıq. Ailələrimizə lazımi hər cür dəstək göstərilir və ehtiyaclarının qarşılanması üçün zəruri işlər diqqətlə aparılır”, - açıqlamada bildirilib.

Şirkət hadisə ilə bağlı prosesin aidiyyəti qurumlarla koordinasiya şəraitində yaxından izlənildiyini açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Həsənov Rüstəm İsmayıl oğlu həlak olub, digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu isə itkin düşüb.

XİN bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib, onlardan üçü xəstəxanaya yerləşdirilib. Nazirlik hazırda itkin düşən şəxsin axtarışının aparıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır. Həlak olan vətəndaşın cənazəsinin Azərbaycana gətirilməsi, xilas edilən şəxslərə tibbi və konsulluq dəstəyinin göstərilməsi istiqamətində tədbirlər görülür.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmçinin bu ərazilərdə və riskli marşrutlarda, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 00:11
Mingəçevirdə maşınlar toqquşub, xəsarət alanlar var
Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq
Cəmiyyət 23:37
Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:17
Bu ərazilərdə işıq olmayacaq
Kəmaləddin Heydərovdan yeni təyinat
Cəmiyyət 22:00
Kəmaləddin Heydərovdan yeni təyinat
Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 20:29
Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Cəmiyyət 19:12
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
Cəmiyyət 18:22
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Cəmiyyət 18:19
İrandan Azərbaycana keçmək istəyən üç əfqan saxlanılıb
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Cəmiyyət 18:06
Bakı metrosunun 27 stansiyasında defibrilyatorlar quraşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol