• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmilə Bayramova: Mürəkkəb genetik identifikasiya xüsusi yanaşma tələb edir

Cəmilə Bayramova: Mürəkkəb genetik identifikasiya xüsusi yanaşma tələb edir
08.10.2026 13:33

Uzun müddət torpaq altında qalmış və müxtəlif xarici təsirlərə məruz qalmış insan qalıqlarının genetik identifikasiyası zamanı mütəxəssislər bir sıra çətinliklərlə üzləşirlər. Bunu DTX-nin Hərbi Tibb Baş İdarəsinin Genetik Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Cəmilə Bayramova deyib.

Onun sözlərinə görə, zaman keçdikcə sümük nümunələrində DNT-nin deqradasiyası baş verir. Torpağın xüsusiyyətləri, temperatur dəyişiklikləri və digər amillər genetik materialın keyfiyyətinə təsir göstərərək analiz prosesini çətinləşdirir. Belə nümunələrin tədqiqində müasir DNT texnologiyalarından və genetik analiz üsullarından istifadə edilir. Referens nümunələrin əldə olunması ilə bağlı çətinliklər yarandığı hallarda da mövcud imkanlardan maksimum istifadə olunaraq identifikasiya prosesi davam etdirilir.

Baş mütəxəssis bildirib ki, mürəkkəb nümunələrin araşdırılmasında mütəxəssislərin peşəkar hazırlığı, müasir elmi metodların tətbiqi və hər bir nümunəyə fərdi yanaşma mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, bu yanaşmalar uzun müddət müxtəlif təsirlərə məruz qalmış insan qalıqlarının identifikasiyası zamanı yaranan çətinliklərin aradan qaldırılmasına imkan verir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol